14.03.2017

Qaratəpə kənd tam orta məktəbdə də əsaslı təmir işləri davm edir

Respublikamızda təhsil və məktəbəqədər tərbiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Maddi-texniki bazası zəifləmiş ümumtəhsil məktəbləri  əsaslı təmir olunur.

Sabirabad rayon Qaratəpə kənd tam orta məktəbdə də əsaslı təmir işləri davm edir. Köhnəlmiş, yararsız hala düşmüş məktəb mebeli, tədris avadanlıqları, təlimin texniki vasitələri və əyani vəsaitlər müasir tələblərə uyğun yeniləri ilə əvəz edilir. Məktəb 1981-ci ildə tikilib. Hazırda məktəbdə 333 şagird təhsil alır. Məktəb 1176 şagird yerlik nəzərdə tutulub. Hazırkı şagird kontingentinin bir növbədə oxuması üçün Təhsil Qanununun tələblərinə görə I—IX siniflərdə orta sıxlıq 20 nəfər, X—XI siniflərdə 15 nəfər olmalıdır.

Təmir işləri bitdikdən sonra təlim-tərbiyə prosesi təkmilləşəcək, təhsilin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaranacaq, dərs məşğələlərinin növbəliliyi azalacaq, maddi-texniki və tədris bazası möhkəmləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi reallaşdırılacaq.

Qeyd edək ki, təmir-bərpa işlərinin sentyabr ayında bitirilməsi planlaşdırılıb.


Açar sözlər: ,  ,