28.03.2017

"Bacarıqlı Əllər" adlı sərgi keçirilib

Sabirabad rayon 4 nömrəli şəhər tam orta məktəbdə "Bacarıqlı Əllər" adlı sərgi keçirilib. Sərgidə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Sərgini keçirməkdə məqsəd məktəbdə istedadlı şagirdləri üzə çıxarmaq, onlara stimul vermək və bu sahəyə digər şagirdlərdə də maraq oyatmaq olub. Sərgidə şagirdlər tərəfindən hazırlanmış maketlər, toxuma işləri, parça üzərində işlənmiş naxışlar və müxtəlif rəsmlər nümayış olunub. Şagirdlərin əl işləri kollektiv tərəfindən böyük maraqla qarşılanıb.