03.04.2017

“Məktəb bağları” layihəsi

IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi davam edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə start verilib.

Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Layihə çərçivəsində Sabirabad rayonunun iqliminə və torpaq örtüyünə uyğun olaraq Mürsəlli kənd tam orta və Ulaclı kənd tam orta məktəblərdə də 100 ədəd alma, armud, gilas, gavalı, nar, heyva kimi meyvə ağacları əkilib.


Açar sözlər: ,