04.12.2017

"Repressiya və mühacirət ədəbiyyatı" mövzusunda ədəbi-bədii gecə keçirilib

Sabirabad rayon Bahadır Şabanov adına Əhmədabad kənd tam orta məktəbdə repressiya qurbanlarının xatirəsinə həsr olunmuş "Repressiya və mühacirət ədəbiyyatı" mövzusunda ədəbi-bədii gecə keçirilib.

Öncə repressiya qurbanları olan şair və yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədəbiyyat müəllimləri 1937-ci il repressiyasının qurbanları olan Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz, Heydər Hüseynov, Seyid Hüseyn, Əhməd Cavad və başqa şair-yazıçılar, onların yaşadıqları məşəqqətli dövr haqqında məlumat verib. Çıxış edənlər Azərbaycan xalqının hafizəsində, yaddaşlarında hifz edilərək qorunan bu insanların heç zaman unudulmayacağını, daim yad ediləcəyini vurğulayıblar.

 

Daha sonra şagirdlər Hüseyn Cavid, Mikayıl Müşfiq, Mədinə Gülgünün və digər şairlərin şeirlərini səsləndiriblər.