04.12.2017

Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir

Sabirabad rayon ümumtəhsil məktəblərində Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.

Sabirabad şəhər 4 nömrəli, Qaratəpə kənd tam orta və Əhmədabad kənd ümumi orta Azərbaycanın ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunan ədəbi-bədii gecə təşkil edilib.

Tədbirlərdə unudulmaz sənətkar Şövkət Məmmədovanın həyat və yaradıcılığı, onun Azərbaycan opera sənəti tarixindəki xidmətləri, ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında danışılıb. Azərbaycan xalq mahnılarının bənzərsiz ifaçısı Şövkət Məmmədovanın çoxşaxəli fəaliyyəti ilə ölkəmizin musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə bir daha çatdırılır.

Milli musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli ifaçıya həsr olunan tədbirlərdə şagirdlər Şövkət Məmmədovanın repertuarından xalq mahnıları ifa ediblər.