06.12.2017

“Qarabağın Bülbülü“ adlı ədəbi-bədii gecə keçirilib

Sabirabad şəhər 6 nömrəli tam orta məktəbdə Bülbülün 120 illik yubileyi ilə əlaqədar “Qarabağın Bülbülü“ adlı ədəbi-bədii gecə keçirilib.

Tədbiri giriş sözü ilə direktor müavini açqaraq qeyd edib ki, dahi musiqiçi və dövlət xadimi Bülbülün 120 illik yubileyi ölkə başçısının sərəncamına əsasən bütün ümumtəhsil məktəblərində qeyd olunur. Bu məqsədlə musiqi müəllimi, Uşaq Birliyinin rəhbəri, məktəbin kitabxanaçısının birgə təşkilatçılığı ilə “Qarabağın Bülbülü“ adlı ədəbi–bədii gecəni sizə təqdim edirik.

Tədbirdə məktəbin VII sinif şagirdi Bilal Əliyev ”Qarabağ şikəstəsi“ zərbi muğamını  ifa edib. Sonra Bülbülün həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Digər şagirdlər Jasmin Səfərli , Nigar Musayeva, Azərin Abbasova Bülbülün həyat və yaradıcılığından bəhs edən təqdimatı nümayiş ediblər. XI sinif şagirdi Xudiyeva Solmaz isə Azərbaycan xalq  mahnılarından ibarət musiqi çələngini təqdim edib.

 Sonra Bülbülün, Natavanın, Üzeyr Hacıbəyovun güllələnmiş heykəlləri videoçarxda nümayiş olunub. Direktor müavini bildirib ki, bu heykəlləri erməni təcavüzkarları  Qarabağda gülləbaran ediblər. Bizim ən böyük arzumuz odur ki, bu heykəllər tezliklə öz yerlərinə qayıtsınlar, doğma torpaqlarında uyusunlar. Bülbülün yeganə varisi Polad Bülbüloğlu haqqında məlumat vererək bildirib ki, Polad Bülbüloğlu görkəmli musiqiçi olmaqla bərabər  ictimai dövlət xadimi , Azərbaycanın Rusiyada səfiridir.

Sonda məktəbin direktoru Mircamal Həşimov çıxış edərək Bülbülün yaradıcılığından söz və tədbirin təşkilinə görə müəllim və şagirdlərə təşəkkürü bildirib.