15.12.2017

"Weather in the world" mövzusunda açıq dərs keçirilib

Sabirabad  şəhər 6 nömrəli tam orta  məktəbdə ingilis dili fənnindən v siniflər üçün "Weather in the world” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə məktəbin direktoru Mircamal Həşimov və məktəbin müəllimləri iştirak ediblər.

İngilis dili müəllimi Rəvanə Əsədova dərsi qruplarla və kollektiv iş formasında, beyin həmləsi, müşahidə iş üslubunda təşkil edib.

Motivasiya mərhələsində Rəvanə müəllim dərs öncəsi problemli vəziyyət yaratmaq üçün əvvəlcə ”Power Point” proqramında “Weather in the world ” mövzusunda hazırladığı küləkli, günəşli, qarlı və aydın havaya aid şəkilləri nümayiş etdirərək, bütün sinfə ingilis dilində sualla müraciət edib: ” Uşaqlar, bu gördükləriniz haqqında nə deyə bilərsiniz? ” Müəllim şagirdlərdən “hava” sözünü aldıqdan sonra birlikdə tədqiqat sualı çıxarılıb.

Tədqiqat sualı : Havanın insanların həyatında nə kimi əhəmiyyəti var ?

Tədqiqatın aparılması mərhələsindədə şagirdlər tərəfindən irəli sürülmüş fərziyyələrin yoxlanılması üçün sinf 4 qrupa bölünüb və müəllim onlara tapşırıqlar verib.

Sonra hər qrup lideri öz qrupunun işini təqdim edib. Onlar iş vərəqlərini yazı taxtasından asaraq tapşırığın cavabını şərh ediblər.

Daha sonra Rəvanə müəllim şagirdlərə dərs haqqında fikirlərini bildirməyi təklif edib. Şagirdlər fikirlərini verilmiş sözlərlə başlayan cümlələrlə ifadə ediblər:

Ümumi təlim nəticələrinə müvafiq meyarlara əsasən qiymətləndirmə aparılıb.