15.12.2017

“Biz erkən evliliyə yox deyirik!” adlı layihə çərçivəsində tədbir keçirilib

“Gənclərin Təşəbbüsün və İnkişafına dəstək” ictimai birliyi Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Gənclər  Fondunun maliyyə dəstəyi ilə “Biz erkən evliliyə yox deyirik!” adlı layihə çərçivəsində Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Layihənin əsas məqsədi son dövrlər artan erkən nigah və məişət zorakılığın aradan qaldırılması üçün ona qarşı mübarizənin təşkil edilməsi, erkən nikaha cəlb edilən və zorakılığa məruz qalan qadınlara sosial, psixoloji və hüquqi yardımların göstərilməsi istiqamətində gənclərin təşəbbüslərin gücləndirilməsi olmuşdur. Tədbirdə BMT-nin Uşaq  Fondunun (UNICEF) Azərbaycandakı  nümayəndəliyinin  yuvenal  ədliyyə  proqramının  Aran zonası üzrə koordinatoru  Yusif Poladov,  Qaragüney kənd 1 nömrəli tam orta məktəbin direktoru İntizar Nərimanova, erkən evliliyin yaratdığı  problemlərdən gənclərə bəhs ediblər. Tədbirin təlimçisi Zöhrə Rəhimova erkən nikah və onun yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdıraraq, bu sahədə məsuliyyəti artırmaq və yerli icmaları bu problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər olunmağa dəvət edib.

Tədbirdə müəllim və şagirdlər, fəal qadınları iştirak edib. Şagirdlərə erkən evliliyin uğursuz nəticələri haqqında danışılıb. Həmçinin, cəmiyyətdə bu cür nikah münasibətinə meyilliliyin artması məsələləri müzakirə olunub və bunun qarşısının alınması ilə bağlı tez-tez maarifləndirmə işlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.


Açar sözlər: ,  ,  ,  ,