29.12.2017

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd olunub

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Tədbirdə valideynlər, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbirdə giriş sözü ilə açan məktəbin direktoru Mahir Zahidov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə iştirakçıları təbrik edib və 2017-ci ildə təhsil sahəsində qazanılan uğurlardan və 2018-ci il üçün nəzərdə tutulan planlardan danışıb.  Sonra müəllimlər və şagirdlər də çıxış edərək təbriklərini  bildiriblər.

Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar ilə davam edib. Şagirdlər müxtəlif əyləncələli yarışmalar keçirib,  müsiqi alətlərində ifa ediblər, şeirlər söyləyib və hazırladıqları səhnəcikləri nümayiş ediblər.