15.01.2018

Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sabariabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə repressiya qurbanı, istedadlı şair Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, məktəb direktorları, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirə gələn qonaqlar əvvəlcə məktəbin foyesində şairin xatirə stendi ilə tanış olublar.  Daha Sonra Mikayıl Müşfiqin həyat yolundan bəhs edən videoçarx və əməkdar Artist Eyyub Yaqubovun ifasında çəkilmiş “Yenə o bağ olaydı” klipi də nümayiş etdirilib

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahir Zahidov qeyd edib ki, Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

.Gecədə iştirak edən qonaqlar çıxış edərək, insanların dünyagörüşünün formalaşması, mənəvi dünyasının zənginləşməsində mühüm rol oynadığını, vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Gecənin davamında şagirdlərin ifasında şairin "Yenə o bağ olaydı...", "Oxu, tar!", "Sənə qurban", "Sənin gülüşlərin", "Əbədiyyət nəğməsi", "Həyat sevgisi", "Sənin gözlərin", "Mənim eşqim", "Ürək" və digər şeirləri səsləndirlib.