18.01.2018

İctimai fəal olan şagirdlərin iştirakı ilə Dəyirmi masa keçirilib

Sabirabad rayon Qaragüney kənd 1 nömrəli  tam orta məktəbdə I yarımil ərzində müxtəlif müsabiqə və idman yarışlarında yer tutan və məktəbdə ictimai fəal olan şagirdlərin iştirakı ilə Dəyirmi masa keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd istedadlı şagirdləri əldə etdikləri naliyyətlərə görə təltif etmək, digər şagirdlərdə də stimul və rəqabət yaratmaqdır.

Məktəbin bədii öz fəaliyət qrupunun üzvləri Elman Həmzəyev və  Rəşidə Mahmudova, idman sahəsindəki uğurlarına görə Vahid Azayev və Fəqan Azayev, Rübanə Zeynalova isə məktəb üzrə ən gözəl rəsm əsərlərinə  görə diplomlarla mükafatlandırılıblar.