19.01.2018

"20 yanvar- Azadlığa gedən yol" adlı tədbir keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş "20 yanvar- Azadlığa gedən yol" adlı tədbir keçirilib.

Tədbir dövlət himnin səslənməsi ilə açıq elan olunub. Sonra şəhidlərin ruhu 1 dəqiqlik sükutla yad edilib.

Tədbirə giriş sözü ilə başlayan məktəbin direktoru Mahir Zahidov tədbir iştirakçılarına 20 yanvar gecəsi haqqında məlumat verib. Məktəbin Tarix müəllimi Solmaz Zeynalova 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixində silinməz iz buraxan müdhiş gecə haqqında geniş məlumat verib..

Tədbrin davamında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş foto sərgi nümayiş edilib. Sonra Uşaq Birliyinin rəhbəri VüsaləHəsənovanın rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanmış İlham və Fərizənin olüm səhnəciyi, XI qızıl ordunun törətdiyi vəhşilklər şagirdlər tərəfindən səhnələşdirilərək nümayiş olunub, şeirlər və kompozisiyalar səsləndirilib.