05.02.2018

“Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə” təliminin yekun qiymətləndirilməsi keçirilib

Sabirabad şəhər 6 nömrəli tam orta məktəbdə “Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə” təliminin yekun qiymətləndirilməsi keçirilib. Təlimdə şəhər 4 və 6 nömrəli tam orta məktəblərin 17 müəllimi iştirak ediblər. İmtahanda iştirakçılar 45 dəqiqə ərzində 30 test sualını cavablandırıblar.

Təlimdə iştirak edən müəllimlər Promethean interaktiv lövhənin tətbiqi metodikası haqqında öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün Promethean lövhədən praktik istifadə etmə bacarıqları əldə edəcək. Promethean interaktiv lövhənin Activİnspire proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə edə biləcək. Həmçinin, təlim iştirakçılarına “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən sertifikat təqdim ediləcək.


Açar sözlər: ,  ,