07.02.2018

Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirilib

Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Mübariz İbrahimovun xatirəsi birdəqiqəlik sükutla yad edilib. Bundan sonra Mübariz İbrahimova həsr etdilmiş xatirə güşəsi, şagirdlərin çəkdikləri rəsmlər və şəhis haqqında yazılan kitablar nümayiş olunub.

Sonra məktəbin təşkilat işləri üzrə direktor müavini Könül Məlikova Milli Qəhrəmanın şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verib, Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib.

Daha sonra əməli ilə xalqımızın qəhrəmanlıq, fədakarlıq və qeyrət rəmzinə çevrilmiş Mübariz İbrahimovun həyatı, şərəfli döyüş və şəhidlik yolundan bəhs edən film nümayiş olunub.

Sonra şagirdlər qəhrəmana həsr olunan şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,