12.02.2018

"I love flowers” mövzusunda açıq dərs keçirilib

Sabirabad rayon Azadkənd kənd tam orta  məktəbdə ingilis dili fənnindən VII siniflər üçün "I love flowers” (Mən gülləri sevirəm) mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə məktəb rəhbərliyi və məktəbin müəllimləri iştirak ediblər.

İngilis dili müəllimi Sevda Zeynalova dərsi kiçik qruplarla iş formasında və beyin həmləsi, sual-cavab üslubunda təşkil edib.

Motivasiya mərhələsində şagirdlər lövhədə şəkilləri asılan və dibçəklərdə qoyulmuş güllərin adlarını tapmaqa çalışıb, sevdikləri güllərin adlarını söyləyiblər.

Tədqiqatın aparılması mərhələsindədə şagirdlər 3 qrupa bölünüb. I qrup dibçək güllərinin faydaları, ıı qrup kaktus güllərinin faydaları , III qrup isə zanbaq gülləri karnavalı haqqında araşdırma araşdırma aparıblar.

Sonda Ümumi təlim nəticələrinə müvafiq meyarlara əsasən qiymətləndirmə aparılıb.