21.02.2018

Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə monitorinq keçirilib

Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə "Ümumtəhsildə keyfiyyət ili" elan olunması ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq əmrinin icrası məqsədilə məktəbin tədbirlər planına uyğun olaraq monitorinq keçirilib.

Monitorinqin keçirilməsində məqsəd şagirdlərin məzmun standartlarının mənimsəmə vəziyyətini yoxlamaq, əvvəlki tədris ilində aparılan monitorinqin nəticələri ilə cari ilin monitorinq nəticələrini arasında müqayisə etməklə, hansı keyfiyyət irəlləyişinə nail olmanı müəyyənləşdirməkdir.

Monitorinq II siniflərdə Azərbaycan dili və riyaziyyat fənnlərini əhatə edib. İmtahan zamanı fənn müəllimləri imtahan prosesindən kənarlaşdırılıb və məktəbdə yaradılmış komisiya monitorinqi həyata keçirib. Monitorinqin ikinci yarımil ərzində davamlı olaraq I-X siniflərdə aparılması nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,