21.02.2018

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

Sabirabad rayon Qaragüney kənd 1 nömrəli məktəbdə Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.

Məktəbin direktoru İntizar Nərimanova fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb.

Tədbir iştirakçıları qeyd ediblər ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

Sonra Beynəlxalq Ana Dili Günü həsr olunan film nümayiş etdirilib.

Sonda, şagirdlər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndriblər.


Açar sözlər: ,  ,  ,  ,