23.02.2018

“Xocalı Harayı” adlı tədbir keçirilib

Sabirabad şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Fəridə Ələkbərovanın senarisi əsasında Xocalı faciəsinə həsr olunan “Xocalı Harayı” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəsildə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

Tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, təhsil şöbəsinin əməkdaşları Əmirhüseyn Əsgərov, Xalid Nəciyev, məktəbin pedaqoji və müəllim kollektivi iştirak ediblər.  

Dövlət himninin ifası ilə tədbir açıq elan olunub. Sonra faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin şagirdlərinin Xocalı faciəsi mövzusundakı rəsm sərgisi nümayiş olunub.

Tədbirin davamında Xocalı faciəsi haqqında sənədli film nümayiş olunub.

Tədbirin davamında şagirdlər tərəfindən Xocalı faciəsi səhnələşdirilib, şeirlər söylənilib.


Açar sözlər: ,  ,  ,