23.02.2018

“Ana dilimizi sevək, sevdirək” adlı ədəbi bədii gecə keçirilib

Sabirabad şəhər 6 nömrəli tam orta məktəbdə “Ana dilimizi sevək, sevdirək” adlı ədəbi bədii gecə keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq bu günün özəlliyindən ,şagirdlərin ana dilinə olan məhəbbətindən, dilimizi öyrənməyin vacibliyindən danışaraq bildirib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.

Sonra Bəxtiyar Vahabzadənin “Ana dili” şeirinə həsr edilmiş öz ifasında bir videoçarx nümayiş olunub. Sonra şagirdlərdən Rəqsanə Allahverdiya, Nigar Musayeva, Əminə Eminli, Əntiqə Məmmədzadə, Fidan Məmmədazə, Solmaz Ələkbərli, Əliyeva Şəfəq və Məhbubə Aslanlının ifasında ana dili haqqında şeirlər səsləndirilib. Daha sonra şagirdlərdən ibarət vokal qrup Emin Sabitoğlunun “Şirin dil” mahnısını ifa ediblər.

Tədbirdə, həmçinin, şifahi xalq ədəbiyyatı nümunələrindən - tapmaca və atalar sözləri söylənilib, milli rəqslər və xalq mahnıları ifa edilib. Sonda şagirdlərin ifasında “Ana dilim” adlı musiqi parçası ifa edilib.


Açar sözlər: ,  ,  ,  ,