05.03.2018

"Möcüzəli kimya" adlı elmi-əyləncəli tədbir keçirilib

Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə "Möcüzəli kimya" adlı elmi-əyləncəli tədbir keçirilib. Gecə kimya müəllimləri - Səkinə Niftəliyeva və Aygün Rəhimovanın və "Texniki-Təbiət" təmayüllü X sinif şagirdlərinin birgə təşkilatçılığı ilə keçirilib.

Məktəbin direktoru Mahir Zahidov  kimya  gecəsinin təşkilinin şagirdlərin bu fənnə marağının artmasına və gələcəkdə yüksək ixtisaslı kadrların hazırlığı işinə təkan verəcəyinə əminliyini ifadə edib.

Gecədə IX sinif şagirdləri tərəfindən dövrü sistem cədvəlində olan elementlər haqqında kompazisiya təqdim olunub, kimya elminin bölmələri haqqında maraqlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Kimya gecəsinin gedində "Süni vulkan püskürməsi", "Firon ilanları, "Mis pulun gümüş pula çevrilməsi", "Suda alov", "Xamliyon", "Rəngli şarların sirkə turşusu və soda ilə kopürdülməsi" və "Azot 4 oksidin alınması" reaksiyaları aparılıb.


Açar sözlər: ,  ,  ,  ,