14.03.2018

Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Sabirabad rayon Ulacalı kənd tam orta məktəbdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı mühazirə söyləyərək Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətlərindən danışılıb. Sonra Bəstəkarın həyat və yaradıcılığından bəhs edən video çarxlar göstərilib.

Daha sonra tədbir şagird  ifasında görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramı ilə davam edib.


Açar sözlər: ,  ,