14.03.2018

"Novruz bayramı" mövzusunda açıq dərs keçirlib

Moranlı kənd tam orta məktəbin IVb sinfində  ibtidai sinif müellimi Leyla Tarverdiyeva tərəfindən "Novruz bayramı" mövzusunda açıq dərs keçirlib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.

Açıq dərs böyük və kiçik qruplar iş formasıdan, beyin həmləsi, anlayışın çıxarılması və BİBÖ iş üsullarından istifadə edərək təşkil olunub.

Şagirdlər Novruza aid və  çərşənbələrin adlarına uyğun olaraq qruplara -  "Səməni", "Torpaq", "Yel", "Od", "Su", "Külək"  adlı 6 qrupa bölünərək "Novruz bayramı haqqında nə bilirik?" tədqiqat sualını cavablandırıblar. BİBÖ cədvəli qurulur. Şagirdlərin fikirləri qurulan BİBÖ cədvəlinin I sütununda yazılıb.  Sonra şagirdlərə tapşırıq olaraq tapmacalar verilib. 

Daha Sonra qruplar meyarlara əsasən qiymətləndiriliblər.

Yaradıcı tətbiqetmə mərhələsində isə şagirdlər Novruz bayramı münasibəti ilə dostları və qohumları təbrik etmək üçün açıqcalar hazırlayıblar.

Sonda qonaq qismində iştirak edən məktəb rəhbərliyi və müəllimlər tərəfindən keçirilmiş açıq dərs təhlil edilib.


Açar sözlər: ,  ,  ,  ,