16.03.2018

"Bacarıqlı əllər" adlı sərgi keçirilib

Sabirabad şəhər Mikayl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə texnologiya müəllimi Həqiqət Güəliyevanın təşkilatçılığı ilə məktəbin tədbirlər planına uyğun olaraq şagirdlərin əl işlərindən ibarət "Bacarıqlı əllər" adlı sərgi keçirilib.

Sərginin keçirilməsində əsas məqsəd istedalı şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını və estetik zövqlərini inkşaf etdirməkdir. Sərgidə şagirdlər tərəfindən hazırlanmış müxtəlif maketlər, modellər ,toxuma işləri nümayiş olunub. Hazırlanmış əl işləri arasında Va sinif şagirdi İsmayıl Rəhimli, Vb sinif şagirdi Xədicə Əliyeva,VIa sinif şagirdi Mədinə Abbaszadə və VIb sinif şagirdi Xədicə Həsənlinin hazırlaqdıqları əl işləri xüsusi marağa səbəb olub və məktəb rəhbərliyi tərəfindən "Ən yaxşı əl işi" olaraq  diplomla təltif olunublar.


Açar sözlər: ,  ,