17.04.2018

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.

7 aprel tarixdə keçirilən yarımfinal mərhələsində Sabirabad rayon ümumtəhsil məktəblərindən 29 şagird biliyini sınayıb. Nəticələrə əsasən onlardan yalnız coğrafiya fənnindən 2 nəfəri final turuna vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadada respublika üzrə ümumilikdə 5056 şagird iştirak edib, onlardan 687 nəfəri final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.

 

Coğrafiya fənni            XI sinif

Sl/S

D/S

S/S

Bal

Səməd Əliyev /  Muğangəncəli kənd tam orta məktəb

25

24

1

95

Mətləb Məmmədov /  şəhər 5 nömrəli tam orta məktəb

25

24

1

95