23.05.2018

"Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları"

Sabirabad Rayon Dövlət Yanğından Mühafizə İdarəsi Sabirabad şəhər 2 nömrəli tam orta məktəbdə "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Sabirabad rayon Dövlət Yanğından Mühafizə İdarəsinin(DYMİ) əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı" və "112" qaynar xətti" mövzularında çıxışlar edilib.

Sonra yanğın avtomobillərinin taktiki texniki göstəriciləri, döyüş açılışı və iş qabiliyyəti nümayiş etdirilib.

Sonda şagirdlərin sualları DYMİ əməkdaşları tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,  ,