25.05.2018

Qarabağ şəhidi Vüqar Əhmədovun anım günü keçirilib

Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbin tədbirlər planına uyğun olaraq, məktəbin məzunu, Qarabağ şəhidi Vüqar Əhmədovun anım günü,  Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə və tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi, Şəhid Vüqar Əhmədovun valdeyinləri, sinif yoldaşları, Sabirabad rayon Veteranlar Şurasının sədri Faiq Hüseynov iştirak ediblər.

Tədbir Dövlət himninin səslənməsi və istiqlaliyyətimiz və vətənimizin müdafiəsi uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra şəhid Vüqar Əhmədova xatirəsini əbədiləşdirmək üçün yaradılmış, onun həyat yolundan bəhs edən güşənin açılış mərasimi keçirilib.

Məktəbin Direktoru Mahir Zahidov dövlətçilik tariximizdən, inkşaf edən müasir Azərbaycanın siyasi-iqtisadi vəziyyəti barədə geniş məruzə edib. Sonra məktəbin şagirdləri dövlətçiliyimizlə bağlı, vətənpərvərliyə aid şeirlər söyləyib, mahnılar səsləndiriblər. Bədii hissədən sonra Veteranlar şurasının sədri Faiq Hüseynov və şəhidin valdeyinləri çıxış ediblər. 


Açar sözlər: ,  ,  ,