29.05.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər davam etdirilir

Sabirabad və Saatlı rayonlarının seçilmiş ümumtəhsil məktəblərinin müəllimləri arasında pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər davam etdirilir.

Belə ki, Saatlı şəhər 4 nömrəli  tam orta məktəbin rəhbərliyi və müəllimləri Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə təcrübə mübadiləsində iştirak ediblər. Görüş zamanı ümumtəhsillə bağlı aktual məsələlər, yeniliklər və problemlər müzakirə olunub. Həmçinin, qabaqcıl müəllimlərin nümunəvi dərsləri təşkil olunub.

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.


Açar sözlər: ,  ,