31.05.2018

IV siniflərdə monitorinq imtahanları keçirilib

Sabirabad Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil müəssisələrində - IV siniflərdə monitorinq imtahanları keçirilib.

Monitorinq imtahanında şagirdlərə 15 sual Azərbaycan dili və riyaziyyat, məntiq, ingilis dili və həyat bilgisi fənnlərindən isə 10 sual təqdim edilib.  Test suallarını cavablandırmaq üçün şagirdlərə 90 dəqiqə vaxt verilib.

Monitorinq imtahanlarının keçirilməsi şagirdlərin bilik səviyyəsini müəyyənləşdirmək və təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.


Açar sözlər: ,  ,