08.06.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib

Pedaqoji əməkdaşlıq çərçivəsində növbəti görüş Sabirabad şəhər 6 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə Təhsil Şöbəsinin əməkdaşı, hər iki rayonun məktəb direktorları və müəllimləri iştirak ediblər.

Görüş zamanı məktəblə ümumi tanışlıq, dərs dinləmələri baş tutub, dəyirmi masa ərtafında fikir mübadiləsi aparılıb, məktəb direktorları və müəllimlər ümumi təhsillə bağlı aktual məsələləri, yeniliklər və problemləri müzakirə edib, öz təcrübələrini paylaşıblar.

Pedaqoji əməkdaşlıq çərçivəsində tədbirlərin keçirilməsində məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.

Qeyd edək ki, "Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə"  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 nömrəli 05.01.2018 tarixli əmrinə əsasən 2018-ci il ərzində Xaçmaz və Şabran rayon təhsil şöbələri pedaqoji əməkdaşlıq istiqamətində bir sıra görüşlər keçiriblər. Görüşlərin il boyu davam etdirilməsi nəzərdə tutulur.a