13.06.2018

XI siniflərini 1466 nəfər şagird bitirir

2017-2018-ci tədris ilində rayon ümumtəhsil məktəblərinin IX siniflərini 1782 nəfər, XI siniflərini 1466 nəfər şagird bitirir.

2017-2018-ci tədris ilində rayon üzrə 85 ümumi təhsil məktəbində fəaliyyət göstərən  məktəbəhazırlıq qrupunu 1842 uşaq başa vurub.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng"  tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Məzunları təbrik edir, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,