15.09.2018

“Bilik günü” münasibəti ilə tədbirlər keçirilib

Sabirabad rayon ümumtəhsil məktəblərində “Bilik günü” münasibəti ilə tədbirlər keçirilib. Tədbirdə Sabirabad Rayon Təhsil Şöbəsinin nümayəndələri, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbirdə digər çıxış edənlər “Bilik günü” münasibətilə məktəb kollektivini təbrik edib.

Daha sonra çıxış edənlər “Bilik günü” münasibətilə ilə təbriklərini səsləndiriblər.

İlk zəng çalındıqdan sonra məktəbin açılışını bildirən rəmzi lent kəsilib, qonaqlar sinif otaqlarında olub, birincilərlə söhbətlər edib.

Rayon üzrə 49 təhsil ocağı fəaliyyət göstərir. Yeni dərs ilində bu məktəblərdə 26122 şagird təhsil alacaq və şagirdlərin təlim-tərbiyəsi ilə 2294 müəllim məşğul olacaq.  Ümumtəhsil məktəblərinin  birinci siniflərinə 2842 nəfər şagird qəbul olub.

* * *

Sentyabrın 15-də  Sabirabad şəhəri 4 nömrəli tam orta məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə icra hakimiyyətinin nümayəndəsi Faiq Hüseynov, təhsil şöbəsinin nümayəndələri, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən çəktəbin direktoru Mahir Zahidov əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini deyən təhsil nazirinin müavini qeyd edib ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir.

Sonda şagirdlər müxtəlif kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,