04.12.2018

“Kənd məktəblərində şagirdlərdə psixoloji xidmətin artırılmasına dəstək”

Sabirabad Rayon Heydər Əliyev Mərkəzində "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş “Kənd məktəblərində şagirdlərdə psixoloji xidmətin artırılmasına dəstək” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Sabirabad rayon Ağsaqqallar şurasının sədri Böyükağa Həmidov, Təhsil Şöbəsinin məsləhətçisi Seidrza Qubadov, Mürsəlli, Kovlar, Axısxa, Şıxsalahlı və Ulacalı kənd tam orta məktəblərin nümayəndələri, və Asan xidmətdə fəaliyət göstərən "Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi"nin direktor müavini Rauf Ağayev, UADM-nin direktoru Ruhəngiz Əliyeva tədbirdə iştirak ediblər.

Layihə rəhbəri  Səkinə Əliyeva  3 ay ərzində görülən işlər, onun məqsədləri, nəticələri və məktəblərdə necə həyata keçirilməsi ilə bağlı çıxış edib. Sonra layihə çərçivəsində hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra qonaqlar layihə haqqında öz təəssüratlarını bölüşüblər.

Layihənin əsas məqsədi Sabirabad rayonunun kənd məktəblərində psixoloji xidmətlərin təşkili ilə şagirdlərin dərsdən yayınması hallarının, erkən nikahların və məktəbdaxili problemlərin azaldılmasına dəstək verməkdir. Layihə Sabirabad rayonunun beş kənd məktəbinin 9-11-ci sinif şagirdlərini əhatə edir.


Açar sözlər: ,  ,  ,  ,