11.12.2018

"Unudulmaz Lider" adlı tədbir keçirilib

Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Unudulmaz Lider" adlı tədbir keçirilib. Tədbir Dövlət himnin sələnməsi ilə başlanıb.

Məktəbin dirktoru Mahir Zahidov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə gördüyü böyük işlərdən söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini həmişə yüksək qiymətləndirir, hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını bildirib. Dahi liderin Sabirabad rayonunda 15 dəfə səfərdə olması, həmin səfərlərin rayonumuz uçun böyük əhəmiyyəti barədə geniş məlumat verib.

Sonra Məktəbdə ictimai əsaslarla fəaliyyət göstərən "Gənc Heydərçilər" dərnəyinin hazırladığı kompazisiyalar, sinif şagirdlərinin Ulu Öndərə həsr olunmuş şeirlərdən səsləndirdilər.


Açar sözlər: ,  ,  ,