03.01.2019

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması”

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə Avropa İttifaqının maliyyə dəstəyi ilə ARTİ-nin həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində 3-4 yaşlılardan ibarət hazırlıq qrupu fəaliyyətə başlayıb.

İcmaya 20 nəfər 3 və 4 yaşlı uşaq cəlb olunub. İcmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirib və razılığa əsasən həftədə 4 gün 2saat ərzində uşaqlar üçün hazırlıq təşkil olunur. Qrupda şagirdlərə məşğələni əvvəlcədən Təhsil İnstitutu və Avropa İttifaqının nümayəndələri tərəfindən müsahibə nəticəsində seçilmiş məktəbin müəllimi aparacaqdır.

İcma əsaslı qrupların yaradılmasında məqsəd məktəbəqədər və ibtidai təhsilin keyfiyyətini yaxşılaşdırmaq, uşaqların potensial imkanlarını və məntiqi təfəkkürünü inkişaf etdirməkdir.


Açar sözlər: ,  ,  ,