21.01.2019

"Qəhrəmanlıq tariximizin 20 Yanvar  səhfəsi" adlı anım tədbiri keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü münasibətilə "Qəhrəmanlıq tariximizin 20 Yanvar  səhfəsi" adlı anım tədbiri keçirilib. Məqsəd şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda vətənə sevgi torpağa məhəbbət və vətənə bağlılıq hisslərini formalaşdırmaqdır.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə öncə olkəmizin suverenliyi və vətənmizin müdafiəsi uğrunda şəhid olan həmvətənlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Mahir Zahidov çıxış edərək XI Qızıl Ordusu Bakı və ətraf rayonlarda soydaşlarımıza qarşı törətdiyi amansız vəhşilik və bu vəhşiliyin dünyaya çatdırılmasında ulu öndər Heydər Əlievin müstəsna xidmətləri haqqında geniş məlumat verib. Sonda bildirdi ki, bu faciə bizim qan yaddaşımız, Şəhidlər Xiyabanı bizim müqəddəs and yerimiz olmalıdır.

Sonra məktəbin direktor müavini Nigar Cahangirova və tarix müəllimi Solmaz Zeynalova 20 Yanvar şəhidlərinin xatirəsini məktəbdə əbədiləşdirmək üçün hazırlanan guşənin açlışını ediblər. Daha sonra Solmaz Zeynalova Qanlı Yanvarın tarixi barədə şagirdlərə geniş məlumat verib.  Sonra şagirdlər tərəfindən şəhidlərə həsr olunmuş şeir səsləndirilib və kompozisiyalar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,  ,