23.01.2019

I yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə 2018-2019-cu tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilib.

Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.


Açar sözlər: ,  ,