16.02.2019

"Azərbaycan ordusunun dünəni, bu günü və sabahı" adlı seminar keçirilib

Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 15 yanvar 2019-cu il tarixli F-18 nömrəli əmrin icrasına əsasən məktəbin tədbirlər planına uyğun olaraq, həmin əmrin icrasını təmin etmək üçün   1.1 əsas standartının 1.1.3. alt standartını reallaşdırmaq üçün "Azərbaycan ordusunun dünəni, bu günü və sabahı" adlı seminar keçirilib. Seminarın keçirilməsində məqsəd şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək, milli-mənəvi dəyərlərini inkşaf etdirmək, orumuzda aparılan islahatlarla bağlı şagirdləri marifləndirməkdir.

Seminarda IX-XI sinif şagirdləri, Sabirabad Veteranlar Şurasının sədri Faiq Hüseynov, SHXÇDX-nin Sabirabad rayon şöbəsinin rəis  müavini mayor Sahil Abbasov, məktəbin məzunu Qarabağ veteranı Elçin Hüseynov iştirak ediblər.

Müstəqilliyimiz və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra məktəbin direktoru Mahir Zahidov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və Ali Baş Komandan, Prezident İlham Əliyevin ordumuzda son dövrlərdə aprılan islahatlardan, bunun nəticəsi olaraq regionda lider orduya çevrilən milli ordumuzun uğurları barədə geniş məlumat verib.

Məktəbin Hərbi rəhbəri ehtiyatda olan zabit baş leytenant Faiq Əhmədov şagirlərə ordumuzun keçdiyi tarixi yoldan və bu yollarda olan zəfərlər barədə geniş məlumat verib.

Tədbirdə Veteranlar Şurasının sədri Faiq Hüseynov məktəbin məzunu Qarabağ veteranı Elçin Hüseynovu hərbi xidmətdə göstərdiyi fədakarlıqlara görə "Milli Ordunun yaradılmasının 100 illiyinə həsr olunmuş xatirə medalı" ilə təltif edərək, təntənəli şəkildə medalı təqdim edib. Sonra mayor Sahil Abbasov ordu sıralarına çağrılan gənclərin yüksək əhval ruhiyyədə ordu sıralarına qoşulmasından, ordumuzun gündən-günə zənginləşən maddi-texniki bazası haqqında geniş məlumat verib.

Sonda Hərbi otaqda şəhidlərin xatirəsini əbədiləşdirən sərgiyə baxış keçirilərək şagird kollektivi ilə xatirə şəkili çəkilib.


Açar sözlər: ,  ,  ,