26.02.2019

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Sabirabad rayonunun ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər Xocalı soyqırımının dünyada təbliği istiqamətində ardıcıl, məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Məktəblərdə rəsm, inşa, şeir müsabiqələri keçirilib. Şagirdlər tərəfindən hazırlanmış Xocalı soyqırımından bəhs edən kompozisiyalar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,