28.02.2019

Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilən dəyirmi masa keçirilib

Qaragüney kənd görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilən dəyirmi masa keçirilib.

Qeyd olunub ki, Cəlil Məmmədquluzadənin ana dilinin saflığı uğrunda daim mübarizə apardığını deyən akademik bildirib ki, nəsr və dramaturji yaradıcılığında sənətkar ədəbi dili xalq dili əsasında inkişaf etdirib. Cəlil Məmmədquluzadə cəsarətlə canlı danışıq dilini yazıya, hətta bədii əsərə gətirib.

Çıxışlarda qeyd olunub ki, Cəlil Məmmədquluzadə çoxşahəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biridir. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır.

Direktor müavini Könül Məlikova rəhbərliyi ilə şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərindən səhnələr nümayiş etdiriblər, habelə yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,  ,