06.03.2019

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Gecədə təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər. 

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı, zəngin bədii irsinin tədqiq, təbliğ və tərcümə problemləri, şairin ardıcıllarının bədii dünyası, hürufilik fəlsəfi cərəyanı və həmin cərəyanın görkəmli nümayəndələri ilə bağlı məruzələr dinlənilib. Məktəbin 10-cu a sinif şagirdləri tərəfindən hazırlanan gecədə Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kompozisiyalar nümayiş olunub.

Həmçinin Nəsiminin yarıdıcılığına dair videoçarxlar da nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,