01.04.2019

"31 mart soyqırımı erməni vandalizminin qurbanları" adlı tədbir keçirilib

Sabirababd şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə "31 mart soyqırımı erməni vandalizminin qurbanları" adlı tədbir keçirilib.

Məqsəd şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək, tarixi faciələrimizi qan yaddaşına keçirmək, düşmənə nifrət, vətənə sevgi hissini aşılamaqdır. Tədbir Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizədə canından keçmiş vətən övladlarının, soyqırımılarda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra məktəbdə soyqırım qurbanlarının xatirəsini əbədiləşdirən guşənin açılşı edilib.

Məktəbin direktoru Mahir Zahidov xalqımızın məruz qaldığı soyqırımın ağır nəticələrindən, soyqırıma hüquqi və siyasi qiymət verilməsində ulu öndər H. Əliyevin əvəzsiz xidməti barədə şagidlərə geniş məlumat verib. Sonra məktəbin tarix müəllimi Aidə Salayeva soyqırım baş verən zaman ölkəmizdə cərəyan edən hadisələr və soyqırımın əhatə etdiyi bölgələrimizdə erməni vandallarının törətdiyi vəhşiliklər barədə geniş məlumat verərək soyqırımın xalqımızın iradəsini qira bilmədiyini və az sonra müstəqillliyimizi əldə edib Azərbaycan Xalq Cumhuriyyətinin bərqərar olduğunu bildirib.

Sonda şagirdlərin soyqırım qurbanları haqqında şeirlər səsləndirib ,kompozisiya nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,