18.04.2019

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə dəyirmi masa keçirilib

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Qasımova giriş sözü ilə açaraq əsas məqsədin insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdən ibarət olan bu əlamətdar günün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunduğunu diqqətə çatdırıb. Respublikamızın müxtəlif bölgələrində əsrlərlə mühafizə olunub, bu günümüzün qiymətli incilərindən sayılan tarixi abidələr haqqında məlumat verib.

Sonra  şagirdlər Azərbaycan, o cümlədən Sabirabad rayonu ərazisindəki tarixi abidələr və tarixi yerlər haqqında məlumatlar, onların qorunması haqqında fikir mübadiləsi aparıblar.

Sonda tarixi abidələr və tarixi yerlərdən bəhs edən videoçarxlar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,