26.04.2019

Pedaqoji mühazirələrin I mərhələsi  keçirilib.

Sabirabad Rayon Təhsil Şöbəsində “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda elan olunan Pedaqoji mühazirələrin I mərhələsi  keçirilib.

Mühazirələrin nəticələrinə əsasən ən yüksək göstəricilərə sahib 2 müəllim müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanacaq.

Müsabiqənin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.