08.05.2019

İsmayıllı və Qəbələ rayonlarına ekskursiya təşkil olunub.

Sabirabad şəhər 4 nömrəli məktəbin müəllim və şagirdləri İsmayıllı və Qəbələ rayonlarına ekskursiya ediblər.  Ekskursiya zamanı şagirdlər rayonun tarixi abidələri ilə tanış olub, eləcə də səfalı yerlərini, heyvanat parkını gəziblər.

Ekskursiyaların köməyi ilə şagirdlər öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olmağa, tədrisin elmi və praktiki xarakterini artırmağa, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir.

Ekskursiyanın sonunda şagirdlərin yeni öyrəndiyi biliklər müzakirə olunub.