17.05.2019

“Sağlam məktəbli” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və IX-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri” və “Qida məhsullarında etiket məlumatlarının vacibliyi” mövzularında videoçarxlar təqdim edilib.

Görüşdə məktəbliləri maraqlandıran suallara cavablar verilib və onlara qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici materiallar paylanılıb. Agentlik tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və şagirdlərin həmin müsabiqədə iştirakı tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.


Açar sözlər: ,  ,