06.03.2020

"Həmkardan həmkara dəstək" layihəsi sona çatıb

Son  illər ölkəmizin təhsil sistemində  aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il artıq dördüncü dəfədir ki,  keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsinin də  təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olub

Bu layihələrdən biri də  Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktoru Zahidov Mahir Savadxan oğlu müəllifi olduğu "Həmkardan həmkara dəstək" layihəsidir. Layihə artıq ikinci ildir ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant  müsabiqəsində uğur qazan layihə qarşıya qoyulan hədəflərə çataraq yekunlaşdırılıb. Layihə haqqında layihə rəhbəri Mahir Zahidov daha ətraflı daha ətraflı məlumat verib.

-Layihənin icra planına uyğun olaraq layihənin başlanması üçün 01 sentyabr 2019-cu il tarixdə start verilmişdir. Layihənin smeta dəyəri 23050 manat təşkil edib. Layihənin məqsədi məktəbdaxili qiymətləndirmənin təşkili və qiymətləndirmə vasitələrinin hazırlanması metodologiyası üzrə müəllimlərin lazımi bilik və bacarıqlarının artırılmasına kömək etmək və yerlərdə təlimçi hazırlığını həyata keçirmək idi. Məqsədimizi həyata keçirmək üçün üzərimə götürdüyüm çətin və məsuliyyətli işin öhdəsindən işgüzar və səriştəli əməkdaşlarla birgə əmək fəalyyəti nəticəsində gələ bildik. Layihəni həyata keçirmək üçün layihəyə 1 mühasib, 4 ekspert, 14 təcrübəli təlimçi müəllim və foto- video çəklişlər aparmaq üçün 1 operator cəlb olunmuşdur.

-Layihə Sabirabad, Neftçala, Masallı, Şirvan, Hacıqabul, Beyləqan, Ağcabədi, Qax, Şəki, Zaqatala, Şəmkir, Göygöl, Bərdə, Yevlax və Ağdaş rayonları olmaqla 15 rayonu əhatə edib. 15 rayon üzrə Azərbaycan dili, riyaziyyat, informatika, ingilis dili, tarix, coğrafiya, kimya, fizika, biologiya fənnlərindən "Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" üzrə təlimlərə hər rayondan 40 nəfər müəllim olmaqla 600 nəfər müəlllimin cəlb olunması nəzərdə tutulmuşdur. Lakin yerlərdə müəllimlərin bu istiqamətdə meyl və maraqlarının yüksək olması nəticəsində təlimlərə 638 nəfər müəllim cəlb olundu. 638 nəfər müəllim
respublikanın 15 rayonunda yerləşən 316 ümumtəhsil müəssisəsində müəllimlik fəaliyyəti ilə məşğul olur.

-Təlimçi müəllimlərin peşəkarlıq səviyyələrini yüksəltmək məqsədilə təlim proqramı hazırlanaraq, qeyd olunan proqrama uyğun olaraq təlim keçəcək müəllimlərə TİPİİ-də 5 günlük təlim keçirildi. Keçirilən təkmilləşdirici təlim zamanı təlimçi müəllimlərin fəliyyət istiqamətləri müəyyənləşdirililərək, proqram matrealı ilə dərindən tanış olublar. Eyni zamanda yerlərdə təlimlər aparacaq təlimçilərin yerlərdə yaranacaq hər hansı bir problemin operativ həll olunması üçün “Facebook” sosial şəbəkəsində təlimçilərin şəxsi səhfələrində “Təlimçi qrupu” adlı qrup yaradılıb. Yerlərdə təlimlər zamanı ortaya çıxan problemlər bu qrupun admini vasitəsilə operativ şəkildə öz həllini tapır. Bütün bunlar yerlərdə keçiriləcək təlimlərin daha səmərəli keçirilməsi üçün etibarlı zəmin yaratdı. Layihənin həyata keçirildiyi müddətdə təşkil edilən təlimlərin I mərhələsində ilkin olaraq məktəbdaxili qiymətləndirmənin təşkili metodikası ilə bağlı 5 günlük, gündə 6 saat olmaqla 30 saatlıq təlimlər keçirilib.30 saatlıq proqramda məktəbdaxili qiymətləndirmənin bütün sahələrini tamlıqla əhatə edilməsi mümkün olmasa da,tərtib olunmuş 30 saatlıq əhatəli proqramin səriştəli təlimçilər tərəfindən aparıldığı üçün ,bu təlimdə iştirak edən müəllimlər məktəbdaxili qiymətləndirmənin təşkili metodikası ilə bağlı səriştələrini artırdılar.Həmin müəllimlərin təlimdə əldə etdiyi yeni bilik və bacarıqlar vasitəsilə təlim-tədris prosesində məktəbdaxili qiymətləndirmə ilə bağlı yarana biləcək bütün çətinlikləri aradan qaldıra bilməsə də, ümumi fəaliyyətə öz töhvəsini verəcəkdir. Bütün bunlarla bərabər təlimlər zamanı təlimin sonunda aparılan imtahan zamanı təqdim olunan 30 sualın 80%-ni düzgün cavablandıran 178 müdavim TİPİİ-yə əlavə seminarlara cəlb olunaraq, onlarda təlmçi müəllim bacarıqları formalaşdırılmış və 15 rayon üzrə 178 nəfər təlimçi müəllim hazırlanaraq gələcəkdə regionlarda təlimlər keçirilən zaman onların potensial imkanlarından istifadə olunacaqdır.
Həmçinin, layihə çərçivəsində nəzərdə tutulan "Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" adlı təlim matreallarını əhatə edən 100 tirajla təlim vəsaiti nəşr olundu. Həmin vəsait 15 rayon üzrə təlimlər zamanı təlimin sonunda imtahan üzrə nəticəsi yüksək olan 100 müəllimə pulsuz olaraq paylanıldı.

-Bütün görülən işləri nəzərə alıb deyə bilərəm ki,"Həmkardan həmkara dəstək" layihəsi çərçivəsində qarşıya qoyulan məqsədə uğurla nail olunaraq, layihəni müvəfəqiyyətlə başa çatdırdım. Fürsətdən istifadə edib layihə çərçivəsində mənimlə əməkdaşlıq edən TİPİİ-nin direktor və dirktor müavininə, Sabirabad, Neftçala, Masallı, Şirvan, Hacıqabul, Beyləqan, Ağcabədi, Qax, Şəki, Zaqatala, Şəmkir, Göygöl, Bərdə, Yevlax və Ağdaş Rayon Təhsil Şöbələrinin müdirlərinə öz dərin minnətdarlığımı bildirirəm.


Açar sözlər: ,  ,  ,