Qarayev Pəhlivan Haqverdi oğlu

Müdir

 

1965-ci ilin mart ayının 07- də Sabirabad rayonunun Surra kəndində anadan olmuşdur.

1990-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji  İnistutunun Fizika – İnformatika və hesablama texnikası  üzrə bitirmişdir.

1990-1992 –ci illrədə Sabirabad rayonun Surra kənd tam orta məktəbində müəllim, 1992-1994-cü illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1994-2010-cu illərdə həmin məktəbin direktoru vəzifəsində işləmişdir.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvidir.

2010-cu ildə Sabirabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir.

2011-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

1994-cü ildən hal-hazıra kimi Sabirabad rayon Surra kənd Məntəqə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.

19 aprel 2016-cı il tarixdən Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edir.

Ailəlidir, 2 övladı var.