25.10.2017

Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqə”si çərçivəsində hər bir müəllim “Metodiki biliklərin mübadiləsi” layihəsində fəal iştirak edə bilər

Sabirabad rayon və Şirvan şəhər ümumtəhsil məktəbləri müəllimlərinin nəzərinə:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqə”si çərçivəsində hər bir müəllim “Metodiki biliklərin mübadiləsi” layihəsində fəal iştirak edə bilər. Bunun üçün seçilən fənn üzrə dərs planı hazırlamaq tələb olunur. Müəllim tək, yaxud digər müəllimlə (müəllimlərlə) birgə iş təqdim edə bilər. Təqdim olunan işlə bərabər müəllim (müəllimlər) haqda məlumatlar da (ad, soyad, işlədiyi ümumtəhsil məktəbi, telefon nömrəsi, elektron poçt ünvanı) göndərilən işdə öz əksini tapmalıdır. Dərs yüksək səviyyədə qurulmalı, istifadə olunan metodlar orjinal olmalı, heç bir başqa mənbədən götürülməməlidir. Yekun olaraq seçilən işlər kitab şəklində çap olunacaqdır (müəllim müəllif kimi göstərilməklə). Hazırlanan işlər layihe.mbm@mail.ru elektron poçt ünvanına noyabr ayının 10-dan gec olmayaraq göndərilməlidir.


Açar sözlər: ,  ,