Sabirabad Rayon Təhsil Şöbəsinin binası 2009-cu ildə istifadəyə verilmişdir.

 

Ümumtəhsil məktəblərinin sayı: 85

Şəhərdə: 9

Kəndlərdə: 76

Tam orta məktəblər: 65

Şəhərdə 8

Kəndlərdə 57

 

ümumi orta məktəblər: 15

Şəhərdə 1

Kəndlərdə 14

ibtidai məktəblər: 5

 

Rayon üzrə şagirdlərin sayı: 24895

Rayon üzrə müəllimlərin sayı: 2688

Rayon üzrə texniki işçilərin sayı: 1287

Məktəbdənkənar tərbiyə müəssisələrinin sayı: 2

Bu müəssisələrə cəlb olunmuş şagirdlərin sayı 326

 

Son illərdə tikilən, təmir olunan və istifadəyə verilən məktəblər:

Axtaçı Muğan və Həşimxanlı kənd tam orta məktəbləri H.Əliyev Fondunun vəsaiti hesabına 2005 – cı ildə tikilib istifadəyə verilmişdir.

Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri 2011-ci ildə yüksək səviyyədə təmir olunmuş və istifadəyə verilmişdir. Hər iki məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Ulacalı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri 2011-ci ildə yüksək səviyyədə təmir olunmuşdur.

Sabirabad şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmiş, Qasımbəyli kəndində qəza vəziyyətində olan  uşaq bağçası sökülərək yerində yeni müasir bağça binası tikilmişdir.

2012-ci ildə N.Gəncəvi adına 5 saylı şəhər,  Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır.

E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbi üçün 480 şagird yerlik, Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 240 şagird yerlik, Nərimankənd kənd tam orta məktəbi üçün isə 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə M.Ə.Sabir adına 1 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. 29 avqust 2013-cü il tarixə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur.

Qaraağac, Kovlar, 1 saylı Qaragüney, Çöl Beşdəli və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilmişdir. Qeyd olunan məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Nəriman Nərimanov adına 2 saylı beynəlmiləl məktəb-liseydə və Yastıqobu kənd ümumi orta məktəbində də  təmir işi aparılmışdır.

Səməd Vurğun adına 3 saylı şəhər  və 2 saylı Cavad kənd tam orta məktəblərinin  dam örtüyü dəyişdirilmiş, fasad hissəsi təmir olunmuşdur. Moranlı və Yaxa Dəllək kənd tam orta məktəblərinin tikintisinə hazırlıq işləri gedir. Cəngan və Türkədi kənd tam orta məktəblərinin tikintisi, Sabirabad şəhəri 1№-li uşaq bağçasının əsaslı təmiri də planlaşdırılmışdır.