03.04.2023

Mil-Muğan Regional Təhsil İdarəsi məktəblərə direktor təyinatına müsabiqə elan edir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu ilə bağlı sənəd qəbuluna başlanılır.

 

Namizədlər 04-11 aprel 2023-cü il tarixləri aralığında (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiqlənmiş əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) aidiyyəti rayon üzrə təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

 

Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə yalnız müsahibə təşkil ediləcək. Şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlər isə əvvəlcə test imtahanında iştirak edəcək, uğur qazanan namizədlərlə ikinci mərhələdə müsahibə keçiriləcək.

 

Namizədlər minimum tələblərə uyğunluğu yoxlanıldıqdan sonra test və ya müsahibədən 3 gün əvvəl məlumatlandırılacaqlar.

 

Direktor olmaq istəyən namizədlər üçün tələblər:

-pedaqoji ixtisas üzrə ali təhsil;

-5 ildən az olmayaraq pedaqoji staj;

-hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.

 

Üstünlük veriləcək namizədlər:

- Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilmədə yüksək nəticə əldə etmiş şəxslər.

 

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

-vəzifə üzrə nəzəri biliklər;

-idarəetmə bacarıqları;

-şəxsi keyfiyyətlər.

 

Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və keçid balı 3 baldır.

 

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri barədə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

 

https://drive.google.com/file/d/1na9w-aUAfERx5-2VQTiZSQEO0xmw4j7a/view?usp=share_link


Açar sözlər: ,